Afrikada çıxış edən futbolçu Azərbaycana qayıda bilər

24.01.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənubi Afrika Respublikasının (CAR) “Stellenboş” klubunda çıxış edən futbolçu Turan Manafov Azərbaycana qayıda bilər. 27 yaşlı müdafiəçi “Qəbələ” ilə danışıqlar aparır.

Axar.az xəbər verir ki, bu barədə “Qəbələ”nin məşqçisi George Çixradze Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Şamaxı”nı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, Turan Manafov 2025-ci ilin yayından “Stellenboş”da çıxış edir. O, cari mövsüm ərzində CAR təmsilçisi ilə 9 oyunda meydana çıxıb. Manafov bu klubdan öncə “Kəpəz”in şərəfini qoruyub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью