Icma.az, Apasport portalına istinadən məlumat yayır.
Konqo Demokratik Respublikasında dəhşətli qətl hadisəsi baş verib.
Apasport.az xəbər verir ki, futbol hakimi Patrik Nqalamulume vəhşicəsinə öldürülüb.
"Nqalas" ləqəbi ilə tanınan referi futbol matçının ardından azarkeşlərin qəzəbinə tuş gəlib.
O, fanatlar tərəfindən oyun alqı-satqısında günahlandırılıb. Görüş bitdikdən sonra azarkeşlər hakimi diri-diri yandırıblar.
Şahidlərin dediyinə görə, Nqalamulume hər kəsin içində döyülüb. Lakin hadisə zamanı mühafizə xidmətinin heç bir xilasetmə cəhdi olmayıb.
Referi dünyasını dəyişənədək təcili yardım işçiləri hadisə yerinə çata bilməyiblər.
Uilyams Premyer Liqaya keçmək istəyir - 5 klub maraqlanır Virtz addım-addım "Siti"yə "Liverpul"un hücumçusu ərəblərin radarında Türkiyə kubokunda final: "Trabzonspor" "Qalatasaray"a qarşı - YENİLƏNİR “Beşiktaş” İmmobilenin əvəzedicisini tapdı