Afrikada ilin ən yaxşı futbolçusu adı uğrunda finalçılar bəlli olub AZƏRTAC

19.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Afrikada ilin ən yaxşı futbolçusu mükafatına namizəd futbolçuların yekun siyahısı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, siyahıda Kot-d'İvuar millisinin üzvü Simon Adinqra ( “Brayton”, İngiltərə), Qvineya yığmasının hücumçusu Seru Qirassi (“Borussiya Dortmund”, Almaniya), mərakeşli Əşrəf Hakimi (PSJ, Fransa), nigeriyalı forvard Ademola Lukman (“Atalanta”, İtaliya) və Cənubi Afrika Respublikası seçməsinin qapıçısı Honven Uilyams (“Mamelodi Sandaunz”) yer alıblar.

Qeyd edək ki, qalib səsvermə yolu ilə müəyyənləşəcək və onun adı dekabrın 16-da açıqlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью