Afrikada ilin ən yaxşı futbolçusu adına 5 namizəd

19.11.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Afrika Futbol Konfederasiyası ilin ən yaxşı futbolçusuna adına namizədlərin siyahısını açıqlayıb. 

QOL.az xəbər verir ki, yekun siyahıda 5 futbolçunun adı yer alıb. Bunlar Simon Adinqra (Fil Dişi Sahili, “Brayton”), Seru Qirassi (Qvineya, “Borussiya” D), Əşrəf Hakimi (Mərakeş, PSJ),  Ademola Lukman (Nigeriya, “Atalanta”) və Ronven Uilyamsdır (CAR, “Mamelodi Sandauns”). 

“Qara qitə”də ilin ən yaxşı futbolçusuna təqdim edilən “CAF Awards 2024”ün qalibi dekabrın 16-da Mərakeşdə keçiriləcək tədbirdə açıqlanacaq. 

Həmin günü ilin ən yaxşı qapıçısı, məşqçisi, gənc oyunçusu, klubu və millisi də mükafatlandırılacaq. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью