Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 31 oktyabr, AZƏRTAC
Tariximizi gənc nəsillərə öyrətmək zəruridir. Media işçiləri öz ölkələrinin tarixini yazmalı, kitablar və sənədli filmlər vasitəsilə nəsillərin bu məlumatlara çıxışını təmin etməlidir. Bu, icmalarda baş verən hadisələri anlamağa, bir nəsildən digərinə tarixi ötürməyə və insanların kim olduqlarını anlamalarına kömək edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Afrika Peşəkar Sertifikatlaşdırma İnstitutunun sədri Atanga Desmond Funvie Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransın “Tanınma və məsuliyyət: simvolik jestlər və təminatlar” mövzusunda keçirilən panel müzakirəsində
söyləyib.
“Reparasiya fərdi və regional inteqrasiya səviyyəsində həyata keçirilməlidir. Sosial sülh və mədəni anlayış olmadan insanlar azad hərəkət edə bilmir. Biz tariximizi və kolonial xatirələrimizi unutmamalıyıq, sosial fəalların və media nümayəndələrinin rolunu nəzərə almalı, mübarizəni davam etdirməliyik”,- deyə ekspert vurğulayıb.