Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kamerun millisinin sabiq futbolçusuJan Manqa-Onqene vəfat edib.
Futbolpress.az xəbər verir ki, bu barədə Kamerun Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Mərhum oyunçu 81 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Manqa-Onqene karyerası ərzində ölkəsində “Kanon Yaunde”də çıxış edib. O, 3 dəfə Afrika Çempionlar Liqasının qalibi olub.
Keçmiş hücumçu 1980-ci ildə Afrikada ilin futbolçusu seçilib.