Afrikalı nümayəndə: COP29 digər ölkələrlə əməkdaşlıq edə biləcəyimiz mühüm konfransdır AZƏRTAC

22.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 22 noyabr, AZƏRTAC

COP29-da iştirak etməkdən olduqca məmnunam. Üzləşdiyimiz iqlim problemlərini müzakirə etmək üçün COP29 vacib platforma oldu. Eyni zamanda, COP29 yerli icmalarla, yerli QHT-lərlə və bu tədbirdə iştirak edən digər ölkələrlə əməkdaşlıq edə biləcəyimiz mühüm konfransdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Konqo Demokratik Respublikasından olan Afrika üzrə Urban tərəfdaşlığının ölkə direktoru Ngabu dz bo Jastin söyləyib.

“Biz iqlim dəyişikliyini müzakirə etmək üçün bir sıra ölkələrlə fikirlərimizi bölüşür, çıxış yolları tapmağa çalışırıq. Bizim COP29-da iştirakımızın əsas məqsədi tərəfdaşlıq, harmoniya və rifahdır”, - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью