Afrikalı vinger bir mövsümdə iki avrokubok qazanaraq tarixə düşdü

28.05.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Hazırda icarə əsasında "Kristal Pelas"da çıxış edən "Aston Villa"nın vingeri Evann Hessan tarixdə bir mövsümdə iki Avropa kuboku qazanan ilk oyunçu olub.

Fanat.Az xəbər verir ki, bu barədə "Polymarket Sports" məlumat yayıb .

Fil Dişi Sahilindən olan cinah oyunçusu bu ilin yanvar ayında "qartallar"a qoşulub. "Aston Villa" bu ilki Avropa Liqasının finalında "Frayburq"u 3:0 hesabı ilə məğlub edərək qalib gəlib, "Kristal Palas" isə həlledici matçda "Rayo Valyekano"nu 1:0 yenərək Konfrans Liqasının qalibi olub.

Evann Hessan hər iki turnirdə oynayıb. O, Birminhemdə Avropa Liqasının qrup mərhələsində 7 oyun keçirib və 2 qol vurub. Oliver Qlasnerin komandasına keçdikdən sonra Hessan Konfrans Liqasında 6 oyunda iştirak edib və 1 qol vurub.

Ümumilikdə, Evan Hessan bu mövsüm klub səviyyəsində 35 oyun keçirib, 4 qol (hamısı Avropa yarışlarında) vurub və 1 məhsuldar ötürmə edib.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью