Afrikanın ən yaxşısı adına 5 namizəd müəyyənləşib

19.11.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Afrika Futbol Konfederasiyası ilin ən yaxşı futbolçusuna adına namizədlərin siyahısını açıqlayıb. Sport24.az xəbər verir ki, yekun siyahıda 5 futbolçunun adı yer alıb.

Bunlar Simon Adinqra (Fil Dişi Sahili, "Brayton"), Seru Qirassi (Qvineya, "Borussiya" D), Əşrəf Hakimi (Mərakeş, PSJ),  Ademola Lukman (Nigeriya, "Atalanta") və Ronven Uilyamsdır (CAR, "Mamelodi Sandauns"). 

"Qara qitə"də ilin ən yaxşı futbolçusuna təqdim edilən "CAF Awards 2024"ün qalibi dekabrın 16-da Mərakeşdə keçiriləcək tədbirdə açıqlanacaq. 

Qeyd edək ki, həmin günü ilin ən yaxşı qapıçısı, məşqçisi, gənc oyunçusu, klubu və millisi də mükafatlandırılacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью