Afrikanın iki dövləti BMT TŞnin daimi üzvü olacaq

13.12.2024

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Hurriyyet.az xəbər verir ki, Afrikanın iki ölkəsi yaxın zamanda Birləşmiş Millətlər Təşkilatının Təhülkəsizlik Şurasının daimi üzvü olacaq.
Bu barədə BMT-nin Baş katibi Antoniu Quterriş açıqlama verib. O, qitənin cənubuna səfəri zamanı deyib: "Afrika dövlətlərinin Təhlükəsizlik Şurasının tərkibinə daxil olmaları yolundakı ən ciddi maneələr aşılıb, konsensus əldə edilib".
Quterriş  Təhlükəsizlik Şurasının genişlənməsi məsələsinin onun vəzifə mandatının müddətinin başa çatacağı 2026-cı ilə qədər yekunlaşacağını vəd edib.
Hansı ölkələrin BMT TŞ-nin daimi üzvü olacağı məsələsini Afrika İttifaqı həll edəcək. Bu birlikdə Afrika qitəsinin 55 dövləti təmsil olunur.
Hürr Tərcüman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью