Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 15 noyabr, AZƏRTAC “Biz Nigeriyanın yerli əhalisinin rifahı üçün tərəfdaş ol
Onlar davamlı inkişaf hədəflərinə çata bilmirlər. Dünyada təxminən 8 milyard insan var.
Afrikadan Amerikaya, Asiyaya, Avropadan Sakit okeana, Karib dənizindən Avstraliyaya qədər bütün yerli əhali bu 8 milyardın bir hissəsidir”.
AZƏRTAC xəbər verir ki, bunu COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə etiraz aksiyasının iştirakçısı, Afrikanın Səhiyyə Təşkilatları Assosiasiyasının rəhbəri Uzodinma Adirieje jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Nigeriyanın elə yerli insanları var ki, onların hüquq və imtiyazları hər gün tapdalanır: “Onlardan bəziləri təbii mühitlərindən uzaqlaşdırılıb.
Onlar əlverişli, əlçatan və dayanıqlı alternativ vasitələrlə təmin olunmayıb. Bu səbəbdən yerli insanlara qayğı göstərilməlidir.
Biz Birləşmiş Millətlər Təşkilatının yerli əhali ilə bağlı rəsmi siyasətinin hər bir ölkə üçün təbiətə çox yaxın mövcud olan, təbii mühitimizin saxlanmasında ilk növbədə məsul olan, təbii mühitin qorunmasına cavabdeh olan yerli insanların rifahı üçün uyğunlaşması, qəbul edilməsi və həyata keçirilməsi üçün məcburi olmasını tələb edirik.
Bu insanlar ətraf mühitə, mədəniyyətlərinə, sivilizasiyalarına və rifahlarına görə sıxışdırılırlar.