Ağ ayıları balinalara yedirdən Putin: Özü qurban ola bilər

01.09.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynadakı müharibəni qatil balinaların ağ ayıları ovlaması ilə müqayisə edən və uşaqlara bu barədə məlumat verilməsini tələb edən Rusiya Prezidenti Vladimir Putin özü qurbana çevrilə bilər. 

Belə ki, Putin süni intellektdən istifadə edərək yaradılan və diqqəti cəlb etmək üçün internetdə yayılan saxta videoların - neyron şəbəkəsinin qurbanı ola bilər. 

“Cebheinfo.az” xəbər verir ki, bunu BBC yazıb.  BBC-nin qeyd etdiyi kimi, qatil balinaların ağ ayıları öldürməsi ilə bağlı elmi cəhətdən təsdiqlənmiş heç bir hal yoxdur, amma heyvanlar arasında döyüşləri təsvir etdiyi iddia edilən çoxsaylı saxta videolar internetdə ortaya çıxıb. 

Beynəlxalq Ayı Tədqiqatları və İdarəetməsi Assosiasiyasının nəşrlərində də qatil balinaların ağ ayılara hücumlarının sənədləşdirilmiş hallarına rast gəlinməyib.

Alimlər isə iki növ arasında dolayı qidalanma münasibətlərindən və Arktika buzlarının əriməsi səbəbindən yaranan problemlərdən xəbərdardırlar. Alberta Universitetinin bioloqları Desrocers, Rihçardson, Pilfold və bir neçə digər tədqiqatçının Arktika ekosistemində ağ ayıların ovçu kimi rolu ilə bağlı araşdırma aparıb. Araşdırmada bu heyvanların bəzən qatil balinaların öldürdüyü heyvanların qalıqlarını təmizlədiyi bildirilir.

Xatırladaq ki, Putin 29 avqustda müəllimlərlə görüş zamanı maraqlı fikirlə çıxış edib. Müəllimlərdən biri Şimal qütbünə səfəri haqqında danışarkən, Putin qatil balinaların ağ ayıları yediyi qida zəncirini misal gətirib. O, bu misalla uşaqlara "necə bir dünyada yaşadığımızı" öyrətmək lazım olduğunu söyləyib. 

"Qatil balinalar bu ayıları xırda balıq kimi yeyirlər. Sadəcə sürü halında hücum edib onları parçalayırlar. Çox maraqlıdır. Qida zənciri də elə budur. Uşaqlara da bu barədə öyrətmək lazımdır ki, hansı dünyada yaşadığımızı və niyə xüsusi hərbi əməliyyat apardığımızı başa düşsünlər", - deyə Putin bildirib. 

O, həmçinin Cek Londonu və şimal xalqlarının qocaları canavarlara yedirmək adətini xatırladaraq, "Bu, bir az sərtdir, lakin onlar sadəcə belə yaşayırlar",- deyib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью