Ağ çörək niyə tünd çörəkdən üstün sayılır? AÇIQLAMA

24.01.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Ağ çörək tamamilə pəhrizdən çıxarılmamalıdır.

Milli.Az xəbər verir ki, diyetoloq Tatyana Solntseva bildirir ki, bu çörək B qrupu vitaminləri, minerallar, zülallar və karbohidratlarla zəngindir, orqanizmin enerji ehtiyacını ödəməyə kömək edir.

Həkim qeyd edib ki, ağ çörək sağlamdır və xüsusilə mədə-bağırsaq problemləri olan insanlar üçün tünd çörəkdən daha uyğundur. Karbohidratlarla zəngin olması səhər yeməyi və qəlyanaltı üçün idealdır, xüsusilə tərəvəz, ət və ya yumurta ilə birlikdə istehlak edilərsə.

Solntseva əlavə edib ki, artıq çəkisi olan və ya diabet xəstələri tam taxıllı və çovdar çörəyinə üstünlük verməlidir. Ağ çörək balanslı qidalanmanın bir hissəsi olaraq zülal və tərəvəzlə birlikdə istehlak olunmalıdır. 

Asya
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью