Ağ çörək sağlamlıq üçün zərərlidir?

10.02.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağ çörək sağlamlıq üçün zərərli hesab olunmamalıdır.

Redaktor.az xəbər verir ki, bu fikri həkim-dietoloq Tatyana Solntseva aif.ruya müsahibəsində bildirib.

Onun sözlərinə görə, ağ çörəyin tərkibində B qrup vitaminləri, mineral maddələr, zülal və karbohidratlar mövcuddur. Lakin bitki mənşəli zülalda kollagen və elastinin sintezi üçün kritik əhəmiyyət daşıyan lizin adlı amin turşusunun miqdarı nisbətən azdır. Bu maddələr dəri, oynaqlar, sümüklər və damarların sağlamlığı üçün vacib sayılır.

Bu səbəbdən mütəxəssis ağ çörəyin heyvani zülal mənbələri ilə birlikdə istehlak edilməsini tövsiyə edib. Solntsevanın sözlərinə görə, tərəvəzlər və bir parça toyuq filesi ilə hazırlanmış sendviç həm səhər yeməyi, həm də yüngül qəlyanaltı üçün ideal seçim ola bilər. Həkim qeyd edib ki, bu cür qidalanma zamanı bir neçə növ zülal, eləcə də tərəvəz və salat yarpaqlarındakı lif orqanizm üçün faydalı təsir göstərir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью