Ağ çörək zərərli deyilmiş Dietoloq mifi dağıtdı

23.01.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ağ çörək tam buğda çörəyindən fərqli olaraq həzm sistemini yormur və bəzi xəstəliklər zamanı ən təhlükəsiz qida hesab olunur”.
Demokrat.az saytı xəbər verir ki, diyetoloq Tatyana Solntseva ağ çörəyin yalnız zərərlərindən deyil, həm də müəyyən sağlamlıq problemləri zamanı faydalarından danışıb. O bildirib ki, tərkibində kobud liflər (sellüloza) olmadığı üçün ağ çörək mədə-bağırsaq traktının kəskin iltihabı olan şəxslər üçün əvəzolunmazdır. Ekspertin sözlərinə görə qara və ya tam buğda çörəyi sağlam insanlar üçün faydalı olsa da, mədə xorası və ya qastritdən əziyyət çəkənlərdə ağrı və köp yarada bilər.
Diyetoloq qeyd edib ki, ağ çörək tez həzm olunduğu üçün bərpa dövründə olan xəstələrə və ya intensiv fiziki güclə məşğul olanlara sürətli enerji mənbəyi kimi tövsiyə edilir. O, həmçinin vurğulayıb ki, bu məhsulda olan B qrupu vitaminləri və bəzi minerallar sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Lakin əsas şərt odur ki, ağ çörək təzə və isti yox, bir qədər qurumuş və ya "dünənki" şəkildə istehlak edilsin. Bu zaman mədənin turşuluq səviyyəsi artmır və həzm daha rahat baş verir.
Dietiloqun fikrincə qidalanmada "mütləq zərərli" deyə bir anlayış yoxdur; hər bir məhsulun faydası insanın fərdi sağlamlıq vəziyyətindən asılıdır. Dieotolqun açıqlaması bizə qidaları qara siyahıya salmaqdansa, onları doğru zamanda və doğru miqdarda yeməyi öyrədir. Yəni, əgər mədənizdə həssaslıq, ağrı və ya həzm problemləri varsa, "faydalıdır" deyib qara çörəyə qaçmaq vəziyyəti daha da pisləşdirə bilər. Belə anlarda ağ çörək sizin mədəniz üçün ən yumşaq və zərərsiz seçimdir. Bir sözlə, sağlamlığınız yerindədirsə ağ çörəkdən qaçın, amma mədəniz "üsyan" edirsə, ağ çörək sizin ən yaxın dostunuzdur.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью