Ağ Ev 180 milyard dollarlıq tarifləri geri qaytarıb

06.10.2026

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

"Bu il mən 180 milyard dollarlıq tarif gəlirini geri qaytarmalı oldum"

Ağ Ev administrasiyası 2026-cı ildə təxminən 180 milyard dollarlıq tarifləri geri qaytarmaq məcburiyyətində qalıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

"Biz 2025-ci il üçün kəsiri ÜDM-ə nisbətən azaltdıq, amma bu il mən 180 milyard dollarlıq tarif gəlirini geri qaytarmalı oldum", - deyə o, Pensilvaniyada keçirilən tədbirdə bildirib.

Bessent əlavə edib ki, "bu, bir daha baş verməyəcək".

"İnanıram ki, kəsiri və borcu azaltmağa davam edəcəyik", - deyə o əlavə edib.

20 fevralda ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın Beynəlxalq Fövqəladə Hallara Cavab Aktı (IERA) çərçivəsində digər ölkələrə idxal tarifləri tətbiq etməsinin səlahiyyətdən sui-istifadə olduğuna qərar verib. Aprel ayında ABŞ Gömrük və Sərhəd Mühafizəsi məhkəmənin qanunsuz hesab etdiyi tariflərin geri qaytarılmasının başlandığını elan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью