Ağ Ev 3 ölkəyə qarşı tarifləri təsdiqlədi

02.02.2025

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Ağ Ev Kanada və Meksikadan gələn bütün mallara 25%, Çindən gələn mallara isə 10% tariflərin tətbiqini təsdiqləyib. SİA xəbər verir ki, bu barədə ABŞ prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, ABŞ-ın Kanada enerji resurslarına qarşı 10% idxal rüsumları da tətbiq edilir. “Prezident Tramp Kanadanın ABŞ ilə narkotiklərlə mübarizə və sərhəd təhlükəsizliyi məsələlərində əməkdaşlıq etməsinə qədər Kanada mallarına 25% və Kanada enerjisinə 10% tarif tətbiq edir”, - Ağ Evin bəyanatında deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью