Ağ Ev: ABŞ a yumruq atana Trampın cavabı ağır olacaq

09.04.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Ağ Evin sözçüsü Leavitt, prezident Trampın Çinə tarifləri yüzdə 125-ə qaldıracağını açıqlamasının ardından mövzu ilə bağlı mətbuata açıqlama verib.
Turkustan.az xəbər verir ki, Leavitt açıqlamasında bunları bildirib: "Prezident indicə Çinə əlavə rüsumlar elan edən bəyanatla çıxış etdi. Çinə tətbiq edilən tariflər 125 faizə qədər artırılır, çünki Çin ehtiyatsızlıqdan ABŞ-dan qisas almaq qərarına gəlib. Siz ABŞ-a zərbə endirdiyiniz zaman, prezident Tramp da ona ağır zərbə vuracaq".
ABŞ sözçüsü vurğulayıb ki, 75-dən çox ölkə Çinin cavab addımına cavab olaraq ABŞ-la tarifləri müzakirə etmək üçün Ağ Ev və Ticarət Departamenti ilə əlaqə saxlayıb.
Leavitt: "Dünən qeyd etdiyim ölkəyə xas danışıqları davam etdirəcəyik. Bu danışıqlar davam edərkən, ikitərəfli tariflərdə 90 günlük fasilə olacaq və tarif səviyyəsi aşağı faiz olan 10 faizə endiriləcək"-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью