Ağ Ev: ABŞ Hörmüzün açılması ilə bağlı Çinlə razılıq əldə edib

17.05.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ administrasiyası bildirir ki, ABŞ və Çin Şimali Koreyanın nüvəsizləşdirilməsi və Hörmüz boğazında hərəkətin sərbəstliyi kimi məsələlərdə ortaq anlayışa malikdirlər.

APA xəbər verir ki, bu, Ağ Evin internet saytında yerləşdirilən bəyanatda öz əksini tapıb.

"Prezident Donald Tramp və Çin Xalq Respublikasının prezidenti Si Cinpin Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı ortaq məqsədlərini bir daha təsdiqləyiblər", - bəyanatda deyilir.

Bundan əlavə, bəyanatda ABŞ və Çin liderlərinin İranın nüvə silahına sahib olmaması barədə razılığa gəldikləri, Hörmüz boğazının açılmasına çağırdıqları və heç bir ölkənin və ya təşkilatın oradan keçid üçün rüsum almasına icazə verilməməsi barədə də razılığa gəldikləri bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью