Ağ Ev: ABŞ İran danışıqları birbaşa olacaq

09.04.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran və ABŞ arasında aprelin 12-nə planlaşdırılan danışıqlar birbaşa olacaq.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə İran tərəfinin qarşıdakı təmasların vasitəçilərin iştirakı ilə həyata keçiriləcəyi ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

“Şənbə günü bu danışıqlar birbaşa olacaq. Lakin mən bu məsələ ilə bağlı əlavə təfərrüatları açıqlamaqla ABŞ Prezidenti Donald Trampı qabaqlamayacam”, - Ağ Ev rəsmisi qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью