Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İranın ABŞ-yə məxsus aviadaşıyıcıya dron hücumuna baxmayaraq, Vaşinqton rəsmi Tehranla danışıqları ləğv etməyəcək".
Oxu.Az-ın "Fox News"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
O, əlavə edib ki, İran tərəfi ilə danışıqlar bu həftə gündəmdə qalır.
"Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə iranlılarla danışıqlar aparmağa hazırlaşır", - K.Levitt bildirib.
Eyni zamanda, administrasiya sözçüsü aydınlaşdırıb ki, ABŞ liderinin İranla bağlı "masada bir sıra variantları" var, bunlardan bəzilərinə hərbi güc tətbiqi də daxildir.
Qeyd edək ki, fevralın 3-də "Reuters" agentliyi ABŞ ordusunun Ərəbistan dənizində "USS Abraham Lincoln" aviadaşıyıcısına təhlükəli dərəcədə yaxın olan İran dronunu məhv etdiyini bildirmişdi.