Ağ Ev ABŞ, Rusiya və Ukrayna arasında martın 24 25 də Ər Riyadda keçirilən danışıqlardan sonra iki bəyanat yayıb

26.03.2025

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağ Ev ABŞ, Rusiya və Ukrayna arasında martın 24-25-də Ər-Riyadda keçirilən danışıqlardan sonra iki bəyanat yayıb

Əsas mövzular Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyi və Rusiya Federasiyası və Ukraynanın enerji obyektlərinə hücumların qarşısının alınması mexanizminin yaradılması olub. Daha sonra Kreml ayrıca bəyanat yayıb.

Reuters Tərəflər arasında danışıqların aparıldığı Riyaddakı Ritz Carlton otelində belə razılıq əldə edlib:

Qara dənizdə yerləşən gəmilər məsələsi.
Gəmilərin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək.
Rusiya və Ukraynada enerji obyektlərinə hücumların qarşısının alınması mexanizminin hazırlanması.
Rusiyanın gübrə və qida ixracı üçün limanlara və ödəniş sistemlərinə çıxış imkanlarının genişləndirilməsini asanlaşdırmaq.
Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı üçün dünya bazarına çıxışını bərpa edilməsi.

ABŞ dəniz sığortası xərclərini azaltmağa kömək edəcək.
Birləşmiş Ştatlar və Rusiya güclü və davamlı sülh üçün səylərini davam etdirəcəklər.

Əziz Mustafa, Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью