Ağ Ev: ABŞ üçün təhlükəli sayılan bəzi qanuni miqrantların vizaları ləğv edilib

02.12.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubbio və Dövlət Departamenti ölkəyə qanuni şəkildə gəlmiş, lakin milli təhlükəsizlik üçün riskli hesab edilən bir sıra şəxslərin vizalarını ləğv edib.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit "Fox News" telekanalına müsahibəsində bildirib.

“Rubbio səlahiyyətlərindən istifadə edərək buraya qanuni şəkildə gəlmiş, lakin ölkəmiz üçün təhlükə yaradan və əvvəldən buraxılmamalı olan bir çox şəxsin vizalarını ləğv edib”, – Levit deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью