Ağ Ev: ABŞ Ukraynaya ATACMSla bağlı göstəriş verib

25.11.2024

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ administrasiyası Ukrayna Silahlı Qüvvələrinə ATACMS taktiki ballistik raketlərinin hücumları üçün hədəflərin seçilməsi ilə bağlı göstərişlər verib.

Bakupost.az TASS-a istinadən xəbr verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

ATACMS-la Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsi ilə bağlı suala cavabında Ağ Evin sözçüsü əvvəlcə raketlərin istifadəsi ilə bağlı “heç nəyin dəyişmədiyini” deyib, lakin sonra qısa pauza verib və deyib: "Aydındır ki, biz təlimatları dəyişdirdik və onlara nə etmələri ilə bağlı göstərişlər verdik. Onlardan konkret tipli hədəfləri vurmaq üçün istifadə edə bilərlər. Hazırda onlar (Ukraynalı hərbçilər ) ATACMS-dan fövqəladə hallarda özünümüdafiə üçün istifadə edə bilər".


Zaur, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью