Ağ Ev Alyaska sammiti üçün nümayəndə heyətini açıqladı

15.08.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


ABŞ Prezidenti Donald Trampı Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ABŞ dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, eləcə də, xüsusi elçi Stiven Uitkoff müşayiət edəcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bundan başqa, Trampın nümayəndə heyətinə ABŞ Protokolunun rəhbəri Monika Krouli, Ağ Evin aparat rəhbəri Syuzan Uayls, onun müavinləri Ceyms Bler, Bo Harrison, Den Skavino, kommunikasiyalar üzrə direktor, ABŞ prezidentinin katibi və köməkçisi Stiven Çun, Kerolayn Livitt və Nik Luna daxildir.
Digər tərəfdən, Alyaska sammitində Rusiyanı xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev təmsil edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью