Ağ Ev: “Bəzi şəxslər ölkəyə heç buraxılmamalı idi”

02.12.2025

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ dövlət katibi Marko Rubio və onun rəhbərlik etdiyi Dövlət Departamenti ölkə üçün təhlükə yaratdığı düşünülən bəzi leqal miqrantların vizalarını ləğv edib.

Ölkə.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News" telekanalına bildirib:

“Rubio səlahiyyətlərindən istifadə edərək bura qanuni şəkildə gəlmiş, lakin ölkəmiz üçün risk daşıyan və əslində əvvəldən heç buraxılmamalı olan çoxsaylı şəxslərin vizalarını ləğv edib”.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti vizaya müraciət edənlər üçün tələbləri və yoxlama prosedurlarını əhəmiyyətli dərəcədə sərtləşdirib.

Bundan əvvəl ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti xarici vətəndaşların sığınacaq müraciətlərinə baxmağı müvəqqəti dayandırmışdı. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, administrasiya ölkəyə gəlmiş sığınacaq axtaran şəxsləri geri qaytarmağı və üçüncü dünya ölkələrindən insanların qəbulunu və yerləşdirilməsini müddətsiz olaraq dayandırmağı planlaşdırır.

Rubio həmçinin bildirib ki, ABŞ hakimiyyəti Əfqanıstan vətəndaşlarına viza verilməsini dayandırır. Bu addım ötən həftə Ağ Ev yaxınlığında baş verən və şübhəlisinin Əfqanıstan əsilli olduğu silahlı insidentdən sonra atılıb.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью