Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çinin nüvə arsenalının həcmi artıq “strateji mühiti əsaslı şəkildə dəyişib”.
Bakupost.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner deyib."Çinin nüvə arsenalı artıq strateji mühiti əsaslı şəkildə dəyişdirən səviyyəyə çatıb və buna görə də dünyanın nüvə gücləri, o cümlədən ABŞ-la daha dərin qarşılıqlı əlaqəni, müzakirəni tələb edir.
Bu səbəbdən biz ÇXR ilə qarşılıqlı əlaqəni bilavasitə əldə etməyə çalışırıq.
”, - Fayner Vaşinqtonda Karnegi Fondunda keçirilən konfransda deyib.
Qeyd edək ki, çərşənbə günü Pentaqon ABŞ Konqresinə təqdim etdiyi Çinin hərbi gücünə dair illik hesabatını dərc edib.
Sənəddən göründüyü kimi, ABŞ Çinin 2030-cu ilə qədər mindən çox nüvə başlığı yerləşdirməyə qadir olduğunu güman edir.
Vaşinqton hesab edir ki, artıü Çinin nüvə arsenalında 600-dən çox döyüş başlığı var.