Ağ Ev: Çinli hakerlər telekommunikasiya şirkətlərini hədəfə alıblar

05.12.2024

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ağ Ev, Çin kiberhücumçularının ən azı 8 Amerika telekommunikasiya şirkətini hədəf aldığını və bəzi digər ölkələrə də kiberhücumlar təşkil etdiyini açıqlayıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Amerika mətbuatına açıqlama verən Ağ Ev rəsmiləri, bu dəfə ABŞ telekommunikasiya şirkətlərinə kiberhücumların Çin dövlət tərəfindən dəstəklənən hakerlər tərəfindən həyata keçirildiyini bildirib.

Buna uyğun olaraq, Çin kiberhücumçuları "Duz Tufanı" adlı böyük kiberhücumda "Verizon", "AT&T" və "Lumen" kimi böyük xidmət təminatçıları da daxil olmaqla 8 Amerika telekommunikasiya şirkətini, eləcə də bəzi digər ölkələri hədəfə alıblar. Hakerlərin, xüsusən də hökumət və siyasi vəzifələrdə olan məmurların telefon dinləmə qeydlərinə və mobil məlumatlarına çıxış əldə etdiyi bildirilib.

Hadisə ilə bağlı Federal Təhqiqat Bürosu (FTB) və Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) tərəfindən araşdırma başlanılıb, eyni zamanda, bu qurumların "Microsoft" və "Google" kimi şirkətlərlə birlikdə çalışdığı qeyd edilib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью