Ağ Ev demokratları cinayəti dəstəkləməkdə ittiham edir

11.09.2025

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

"Demokratlar cinayət tərəfdarıdır”

Ağ Ev ABŞ Demokratik Partiyasının siyasətçilərini və onların tərəfdarlarını amerikalı mühafizəkar fəal Çarli Kirk və ukraynalı qaçqın İrina Zarutskayanın qətli fonunda cinayəti dəstəkləməkdə ittiham edib.

AYNA.AZ xəbər verir ki, Ağ Evin “X”dəki rəsmi hesabında dərc edilən mesajda deyilir: "Demokratlar cinayət tərəfdarıdır”.

Ağ Evin dərc etdiyi məlumatda həmçinin kütləvi qətllər də daxil olmaqla, son ayların səs-küylü cinayətlərini sadalayan və demokratların cinayətə lazımi reaksiya verməməsini tənqid edən Amerika mediasının başlıqları da yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью