Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vaşinqton, 27 fevral, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp milli təhlükəsizlik qrupunun üzvləri ilə birlikdə Mar-a-Laqoda bütün gecə vəziyyəti izləyib.
AZƏRTAC-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit məlumat verib.
O, Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışdığını da təsdiqləyib.
Kerolayn Livitin sözlərinə görə, Prezident və onun milli təhlükəsizlik qrupu gün ərzində vəziyyəti yaxından izləməkdə davam edəcək.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton