Ağ Ev: FED in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur

17.09.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 17 sentyabr, AZƏRTAC

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur və əsassızdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Kuş Desai “Fox News”a açıqlamasında deyib.

O bildirib ki, Prezident Donald Tramp faiz dərəcələrinin hara yönəldilməsini istədiyini açıq şəkildə bəyan edib: “FED administrasiyanın faiz dərəcələrini artırmaqla bağlı uğursuz qərarı heç bir inandırıcı iqtisadi arqumentə söykənmir”.

Qeyd edək ki, FED uçot dərəcəsini 0,25 bazis bəndi artıraraq 3,75–4 faiz diapazonuna çatdırıb. Hazırda ölkədə inflyasiya 3,4 faizdir.

Donald Tramp Federal Ehtiyat Sisteminin keçmiş sədri Cerom Paueli dəfələrlə sərt tənqid edib. ABŞ lideri vurğulayıb ki, tənzimləyici orqan əsas faiz dərəcəsini mərhələli şəkildə azaltmalıdır. O, Pauellin yerinə namizədliyi Senat tərəfindən təsdiqlənən Kevin Uorşu məsləhət görüb. Tramp Uorşun faiz dərəcəsini aşağı salacağına əmin idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью