Ağ Ev hökumət aparatında ixtisarların başladığını təsdiqləyib

10.10.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağ Evin Administrativ-Büdcə İdarəsinin direktoru Rassel Vout ABŞ hökumət aparatının ixtisarına başlanıldığını təsdiqləyib.

APA xəbər verir ki, Vout bu barədə öz “X” hesabında məlumat verib.

O, bunu hökumətin hazırkı qismən fəaliyyətinin dayandırılması (şatdaun) və büdcə maliyyələşməsinin olmaması ilə əlaqələndirib.

“İxtisarlar başlayıb”, - deyə yazan Vout ixtisarlarla bağlı əlavə məlumat verməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью