Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ağ Ev İran rəhbərliyinin etiraz aksiyalarında iştirak səbəbilə barələrində edam hökmü çıxarılmış 800 nəfərlə bağlı qəraın icrasını dayandırdığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Levitt keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp və onun komandasının İrana etirazçıların edam olunmaması barədə xəbərdarlıq etdiyini bildirib: “Prezident dünən və bu gün icra edilməsi planlaşdırılan təxminən 800 edamın dayandırıldığını anlayır”.
İran rəhbərliyinin edam qərarları ilə bağlı ictimaiyyətə rəsmi açıqlama vermədiyini qeyd edən Levitt ABŞ-nin əlində olan məlumatlara əsasən edamların təxirə salındığını deyib.
Sözçü Levitt ABŞ administrasiyasının prosesi yaxından izlədiyini vurğulayaraq, İranın etirazçılara qarşı mövqeyinin davam etməsi halında bunun nəticələri olacağını bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin