Ağ Ev: İran hakimiyyəti ilə məsləhətləşmələr davam edir

30.06.2025

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Tehranın nüvə proqramı ilə bağlı razılaşma ilə bağlı İranla müzakirələri davam etdirir. ABŞ lideri Donald Tramp İran hakimiyyəti ilə əlaqə saxlamayıb”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

ABŞ rəsmisi deyib: “Stiven Uitkoff İran tərəfi ilə həm birbaşa, həm də vasitəçilərlə əlaqə saxlayır. Bu əlaqə davam edir. Prezident Donald Tramp İranla danışmayıb”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью