Ağ Ev: İran PUA sını vurmaqla lazım olanı etdik

04.02.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

3 fevral 2026-cı il tarixində Umman dənizində İranın pilotsuz uçuş aparatının (PUA) ABŞ tərəfindən vurulmasından sonra rəsmi Vaşinqtondan ilk açıqlama gəlib. Ağ Ev bu addımın gəmini və personalı qorumaq üçün atıldığını bəyan edib.

Milli.Az xəbər verir ki, hadisə Umman dənizində (Ərəb dənizi), İran sahillərindən təxminən 800 km uzaqlıqda, beynəlxalq sularda baş verib. ABŞ-nin USS Abraham Lincoln təyyarədaşıyan gəmisinə doğru aqressiv və təhlükəli manevrlər edən İranın Shahed-139 tipli PUA-sı ABŞ-ın F-35C qırıcı təyyarəsi tərəfindən vurularaq dənizə salınıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins bildirib ki, İran PUA-sı gəmiyə doğru "lazımsız və aqressiv" şəkildə yaxınlaşdığı üçün hərbi protokol tətbiq olunub. PUA-nın vurulması "meşru müdafiə" (özünü müdafiə) çərçivəsində qiymətləndirilib.

Gərginliyə baxmayaraq, Ağ Evin sözçüsü Karoline Livit qeyd edib ki, bu hadisə İranla aparılan siyasi danışıqlara mane olmayacaq. O, "İranla görüşmələr planlaşdırıldığı kimi davam edir" deyərək, hərbi insidentin diplomatik masanı devirmədiyinə işarə edib.

CENTCOM rəsmiləri İranın dənizdəki təxribatlarına və hədələrinə dözüm nümayiş etdirməyəcəklərini, beynəlxalq sularda hərəkət edən gəmilərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəklərini vurğulayıblar.
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью