Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt İranda qızlar məktəbinə endirilən zərbə ilə bağlı şərh verərkən, bu barədə onda heç bir məlumat olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, Levitt bu barədə keçirdiyi brifinqdə danışıb.
"Bizim bu məsələdən xəbərimiz yoxdur. Hazırda Müharibə Nazirliyi (Pentaqon) hadisəni araşdırır", - deyə o qeyd edib.
Bundan əvvəl Pentaqonun rəhbəri Pit Heqset də sözügedən hücum barədə açıqlama vermişdi. O vurğulayıb ki, ABŞ "heç vaxt mülki obyektlərə zərbə endirmir", lakin hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, fevralın 28-də İranın cənubunda, Hörmüzqan əyalətinin Minab şəhərində qızlar məktəbinə hava zərbəsi endirilib. Dəhşətli hücum nəticəsində 100-dən çox məktəbli qız həlak olub.
Xədicə BAXIŞLI