Ağ Ev: İranın zərbələrdən əvvəl uranı çıxardığını göstərən heç bir məlumat yoxdur

26.06.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“ABŞ kəşfiyyat orqanlarının əlində İranın ABŞ qüvvələrinin zərbələrindən əvvəl nüvə obyektlərindən uran çıxara bildiyini göstərən hər hansı kəşfiyyat məlumatı yoxdur.”

APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

“Mən sizə deyə bilərəm ki, ABŞ-da zənginləşdirilmiş uranın zərbədən əvvəl çıxarıldığına dair heç bir əlamət yoxdur.”, - o deyib.

Qeyd edək ki, CNN telekanalı mənbələrə istinadən ABŞ kəşfiyyatının zərbələrin İranın nüvə proqramının əsas komponentlərini məhv etmədiyi qənaətində olduğu haqda məlumat yaymışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью