Ağ Ev İranla bağlı dəniz blokadasının nə vaxt bitəcəyini açıqlamayıb

16.04.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

ABŞ administrasiyası İrana qarşı tətbiq edilən dəniz blokadasının nə vaxt başa çatacağı ilə bağlı konkret tarix açıqlamayıb.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit bildirib.

Onun sözlərinə görə, Vaşinqton ümumilikdə dəniz nəqliyyatının azadlığını dəstəkləyir, lakin bu prinsip İran iqtisadiyyatına fayda verən tankerlərə və gəmilərə şamil edilmir:

“Biz gəmiçiliyin azadlığını dəstəkləyirik, amma bu, İran iqtisadiyyatına fayda gətirən tanker və ya digər gəmilərə aid deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью