Ağ Ev İranla bağlı planını dəyişdi:

10.08.2026

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp genişmiqyaslı nüvə sazişi imzalanmasa belə, İranla hərbi əməliyyatların başa çatdığını elan etməyə və qələbə qazandıqlarını açıqlamağa hazır olub.

Bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Ağ Ev əsas prioritetini kompleks nüvə danışıqlarından strateji əhəmiyyət daşıyan Hörmüz boğazından təhlükəsiz gəmiçiliyin təmin edilməsinə yönəldib.

ABŞ prezidentinin ətrafında hesab edirlər ki, İranın nüvə infrastrukturu ciddi şəkildə zədələnib və Tehran yaxın illərdə onu bərpa edə bilməyəcək. Eyni zamanda, ABŞ-ın yeni zərbələr endirmək ehtimalının davam etməsi İrana qarşı kifayət qədər çəkindirmə amili olacaq.

Lakin Vaşinqtonun münaqişədən tez bir zamanda çıxmaq və sülh ssenarisinə keçmək cəhdləri İran rəhbərliyinin yeni mövqeyi səbəbindən ciddi çətinliklərlə üzləşib.

Tehran Hörmüz boğazından gəmi tranzitinin bərpası üçün bir sıra sərt şərtlər irəli sürüb. İran hökuməti dəniz blokadasının tamamilə ləğv edilməsini, ABŞ hərbi kontingentinin regiondan çıxarılmasını, iqtisadi sanksiyaların aradan qaldırılmasını, həmçinin hərbi əməliyyatlar zamanı dəymiş ziyana görə milyardlarla dollar kompensasiya ödənilməsini tələb edir.

Beynəlxalq ekspertlər bildirirlər ki, İranın bu ultimatumu Ağ Evi olduqca çətin vəziyyətə salır.

Analitiklərin fikrincə, Tehran Trampın İran məsələsini mümkün qədər tez bağlamaq və gəmiçiliyi bərpa etmək istədiyini düşünür. Bu isə İran tərəfinin daha sərt tələblər irəli sürməsinə şərait yaradır.

Vaşinqton rəsmiləri və ABŞ vitse-prezidenti Cey Di Vens isə bildirirlər ki, ABŞ təzyiqləri davam etdirməyə və hərbi variantları masada saxlamağa hazırdır. Onların mövqeyinə görə, mümkün razılaşma yalnız ABŞ üçün məqbul şərtlər əsasında əldə edilə bilər.

N.Talıblı

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью