Ağ Ev: İranla heç bir danışıq aparılmır

27.08.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Münaqişənin nizamlanması üçün hazırda ABŞ və İran arasında heç bir danışıqlar aparılmır.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt “Fox News” telekanalının efirində məlumat verib.
"Hazırda heç bir danışıqlar yoxdur. Prezident onların (red. – İranın) nəhayət danışıqlar masasına əyləşə biləcəyini anlayana qədər bu vəziyyət belə də davam edəcək", – deyə mətbuat katibi bildirib.
Bundan əvvəl Pakistanın ABŞ və İranı daha 60 günlük atəşkəsə razı salmağa çalışdığı məlum olmuşdu.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью