Ağ Ev İsraili İranla barışdırır

13.10.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Knessetdə (İsrail parlamenti) çıxışı zamanı İsrail İrana dostluq əlini uzatmağa hazır olduğunu bəyan edəcək.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“İran üçün belə dostluq və əməkdaşlıq əli həmişə uzadılacaq”, - ABŞ Prezidentinin çıxışının mətnində belə yazılır. 

Tramp həmçinin qeyd edəcək ki, Qəzza razılaşması yeni Yaxın Şərqin tarixi şəfəqi olacaq.

Agentlik xəbər verir ki, ABŞ prezidenti anklav sakinlərinə diqqətini iqtisadi inkişafa və sabitliyə yönəltməyi tövsiyə edəcək.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью