Ağ Ev: Kiyev ərazi güzəştləri ilə bağlı qərarı özü verməlidir

01.12.2024

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Ukrayna münaqişəni həll etmək üçün ərazilərdən imtina etmək barədə qərarı özü verməlidir.

APA xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan “CBS” telekanalının efirində bildirib.

“Hesab edirəm ki, Ukrayna öz müqəddəratını özü təyin edir. Ərazi, təhlükəsizlik və digər məsələlərə gəlincə, bu barədə danışmayacağam. Məncə, bu haqda Zelenski danışmalıdır, çünki söhbət onun ölkəsindən gedir”, - Sallivan vurğulayıb.

Sallivanın sözlərinə görə, Kiyev başa düşür ki, son nəticədə münaqişə danışıqlar yolu ilə həll olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью