Ağ Ev: Kiyevə bu halda təhlükəsizlik zəmanəti veriləcək

27.11.2025

Icma.az, Olke.az saytına istinadən bildirir.

Vaşinqton yalnız çərçivə sülh sazişi bağlandıqdan sonra Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır.

Ölkə.az “politico”ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio avropalı həmkarları ilə danışıqlar zamanı bildirib.

Ağ Ev rəsmi olaraq bəyan edib ki, istənilən yekun sülh planına təhlükəsizlik təminatları daxil olacaq. Ağ Evin sözçüsü Anna Kelli deyib: “Tramp administrasiyası dəfələrlə təkrar edib ki, istənilən saziş Ukrayna üçün tam təhlükəsizlik və çəkindirmə təminatlarını təmin etməlidir”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью