Ağ Ev: Kuba hakimiyyəti Trampla bağlı açıqlamalarında daha ehtiyatlı olmalıdır

06.02.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 6 fevral, AZƏRTAC

ABŞ administrasiyası hesab edir ki, Kuba hökuməti ABŞ Prezidenti Donald Trampla bağlı bəyanatlarında daha diqqətli davranmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt mətbuat brifinqində bildirib.

Onun sözlərinə görə, Prezident Tramp diplomatik səylərə hər zaman açıqdır, o cümlədən Kuba ilə münasibətlərdə də bu yanaşma qorunur. Mətbuat katibi məsələ ilə bağlı əlavə təfərrüat verməyib.

Xatırladaq ki, Kuba Prezidenti Migel Dias-Kanel daha əvvəl Vaşinqtonla dialoqa hazır olduqlarını bəyan edib və bu prosesin ön şərtsiz, bərabər mövqedən və Kubanın suverenliyinə hörmət əsasında aparılmalı olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью