Ağ Ev Maska qarşı uzun sürən müharibəyə hazırlaşır

06.06.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın siyasi müşavirləri ictimai qalmaqaldan sonra milyarder İlon Maskla mümkün “uzun sürən müharibəyə” hazırlaşırlar.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika liderinə yaxın mənbəyə istinadən “The New York Times” məlumat yayıb.

Onun sözlərinə görə, Trampın komandası həm Trampın, həm də Maskın siyasətdə və texnologiya sektorunda müttəfiqlərinin “tərəf seçməli” olacağı açıq qarşıdurma ssenarisini nəzərdən keçirir.

Nəşrin yazdığına görə, prezidentlə "SpaceX" sahibi arasında yaranan gərginlik Maskın ətrafını şoka salıb: tərəfdarları və biznes tərəfdaşları onun Ağ Ev rəhbəri ilə bağlı sərt bəyanatlarına etimadsızlıqla yanaşıblar.

Maskın bəzi müttəfiqləri onun Trampla qarşıdurmada öz təsirini qoruyub saxlaya biləcəyinə və hətta genişləndirə biləcəyinə əmin olduqlarını bildiriblər. Bununla belə, qəzetin verdiyi məlumata görə, əvvəllər Tramp administrasiyasını dəstəkləyən “texniki-mühafizəkar” mühitdə narahatlıq doğuran əhval-ruhiyyə var: bu sahənin nümayəndələrinin fikrincə, Mask çox böyük münaqişəyə qarışıb və bunun nəticəsi onun əleyhinə ola bilər.

"The New York Times"ın mənbələri qeyd edir ki, Tramp və Mask arasında sıx əməkdaşlıq əvvəldən uzunmüddətli kimi qəbul edilməyib, lakin onlar arasında belə sürətli münaqişə hətta biznesmenin ən yaxın çevrəsi üçün də gözlənilməz olub.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью