Ağ Ev müşavirləri Netanyahunu İranla danışıqlar barədə məlumatlandırıb

11.02.2026

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fevralın 10-da Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evin əsas müşavirləri Stiv Vitkoff və Cared Kuşnerlə Bleyer Haus iqamətgahında görüş keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.

Netanyahunun ofisinin bildirdiyinə görə, Vitkoff və Kuşner ötən cümə günü İranla keçirdikləri danışıqların ilk raundu ilə bağlı yenilənmiş məlumatı Baş nazirə təqdim ediblər. Müzakirələrin detalları rəsmi şəkildə açıqlanmayıb.

Baş nazirin ofisi həmçinin təsdiqləyib ki, çərşənbə günü səhər saat 09:00-da (yerli vaxtla) Netanyahunun ABŞ dövlət katibi Marko Rubio ilə görüşü planlaşdırılır.

Ağ Evdən verilən məlumata əsasən, Netanyahu ilə Donald Trampın görüşü mətbuat üçün qapalı formatda keçiriləcək. Lakin oxşar hallarda ABŞ prezidenti son anda jurnalistlərin suallarını cavablandırmağa icazə verə bilir.

Xəbər vermişdik ki, Netanyahu çərşənbə axşamı Merilend ştatındakı Endryus birgə hərbi bazasına gəlib və oradan planlaşdırılan danışıqlar silsiləsi üçün Vaşinqtona yola düşüb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью