Ağ Ev Netanyahunun ABŞ a səfərini təsdiqləyib

05.04.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin baş naziri Benyamin Netanyahu Macarıstan səfərindən sonra növbəti xarici səfərə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniyada yerləşən "Reuters" agentliyinin məlumatına görə, üç İsrail rəsmisi və bir Ağ Ev rəsmisi İsrailin baş naziri Benyamin Netanyahunun bazar ertəsi ABŞ-a səfər edəcəyi ilə bağlı iddiaları təsdiqləyib.

İsrail rəsmiləri və Ağ Ev rəsmilərinin bildirdiyinə görə, baş nazir Netanyahunun ABŞ-a səfəri zamanı prezident Donald Trampla yeni elan edilmiş tarifləri müzakirə edəcəyi gözlənilir.

Bazar ertəsi baş tutması gözlənilən görüş Netanyahunun Qəzzaya hücumlar başlayandan bəri Vaşinqtona dördüncü, Trampla isə yanvarda vəzifəyə gəldikdən sonra ikinci görüşü olacaq.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью