Ağ Ev Papanın vəfatı ilə bağlı başsağlığı verib

21.04.2025

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağ Ev Papanın vəfatı ilə bağlı başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mesaj "X" sosial media şəbəkəsindəki rəsmi hesabda dərc olunub.

Mesajda "nur içində yat Papa Fransisk" ifadələri yer alıb.

Məqaləyə iki fotoşəkil əlavə edilib. Birində ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Trampın Papa ilə görüşü göstərilir. İkinci fotoda ABŞ-ın vitse-prezidenti J.D.Vansın Papa ilə görüşü əks olunub.

Amerika vitse-prezidenti ölümündən əvvəl Papa ilə görüşən sonuncu xarici dövlət rəsmisi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью