Ağ Ev Putinlə Trampın görüş yerini açıqlamaqdan imtina etdi

04.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ağ Ev hələ Amerika lideri ilə Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüş yeri və ya Ukrayna üzrə danışıqlarda irəliləyiş barədə danışmağa hazır deyil.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts bildirib. 

“Təəccüblü odur ki, dünyanın yarısı Prezident Trampa bu müharibəni sona çatdırmağa kömək etməyə çalışır. Biz hər cür rəy alırıq, lakin bu gün təsdiqləməyə və ya açıqlamağa heç nəyim yoxdur”, - deyə Uolts bildirib.

O, Putin və Tramp arasında görüş üçün yer seçimi ilə bağlı şərh verməkdən imtina edib və bu cür xəbərlərə ehtiyatla yanaşmağı tövsiyə edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью