Ağ Ev qeyri qanuni miqrantlara Sevgililər Günü açıqcası göndərdi

15.02.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də qeyri-qanuni miqrantlar üçün "Sevgililər Günü" açıqcası hazırlanıb.

Oxu.Az xəbər verir ki, müvafiq yazı Ağ Evin "X" sosial şəbəkəsindəki hesabında yerləşdirilib.

Şəkil "Sevgililər Gününüz mübarək" başlığı ilə müşayiət olunur, açıqca isə qeyri-qanuni miqrantlara onları nələrin gözlədiyini xatırladır.

"Qızılgüllər qırmızı, bənövşələr mavidir, sərhədi qeyri-qanuni keçsəniz, deportasiya ediləcəksiniz", - açıqçada qeyd olunub.

Xatırladaq ki, qeyri-qanuni miqrantlarla mübarizə Donald Trampın seçki vədləri arasında əsas məqamlardan biri olub. ABŞ-nin 47-ci prezidenti seçkidə qalib gəldikdən sonra bu vədini fəal şəkildə yerinə yetirməyə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью